Dünən Hövsan yolunda NƏ BAŞ VERİB?

11.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gün Suraxanı rayonu, Hövsan (MİDA) yolunda yaşanan sıxlığa münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, NİİM-in İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun sözlərinə görə, müşahidə kameralarının qeydə aldığı görüntülərdən də göründüyü kimi, bir qisim sürücü alternativ yol kimi istifadə etdikləri bu yolda əks zolağa çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

O bildirib ki, eyni zamanda irəlidə yolayrıcında bəzi sürücülərin qaydalara əməl etməməsi süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub: “Nəticədə Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi, “Kənd Hövsan” istiqamətlərində nəqliyyatın hərəkəti bir müddət dayanıb. Yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yaranan xaotik vəziyyət aradan qaldırılıb”.

Ömər Xıdırov qeyd edib ki, bu cür halların baş verməməsi üçün sürücülər yalnız yol hərəkəti qaydalarına əməl etməklə kifayətlənməməli, digər hərəkət iştirakçılarına da hörmətlə yanaşmalıdırlar: “Yollarda hər hansısa səbəbdən məhdudiyyət tətbiq edilə, təmir işləri aparıla və ya yol nəqliyyat hadisələri baş verə bilər. Belə hallarda nəqliyyat sıxlığının yaranması təbiidir. Lakin təəssüf ki, bəzi sürücülərin “Mən keçim, qalanı gözləsin” düşüncəsi ilə əks istiqamətdə hərəkət zolağına çıxması, qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olması və yolayrıcında növbəni pozaraq irəli keçməsi yaranmış sıxlığın müddətini daha da artırır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью