Dünən ölkə ərazisində avtomat, pulemyot və tüfənglər tapılıb

26.11.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, noyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 6 tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью