“Dünən övlad idin, bu gün atasan”

14.11.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aparıcı Azər Süleymanov oğlu Oğuzun 11 yaşı tamam olması münasibətilə paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı övladının doğum günündə fotosunu izləyiciləri ilə bölüşərək duyğusal sözlər yazıb. Azər ata olmağın həyatına gətirdiyi dəyişikliklərdən bəhs edib:

“O dünyaya gəldiyi gün anladım ki, sən demə, insanın ürəyi özündən kənarda da döyünə bilərmiş. Sən demə, ata olmaq övladınla birgə sanki özünün də bu dünyaya yenidən gəlməsiymiş!

Həyat qəribə bir zəncirdir. Bir vaxtlar atamın qollarına beləcə qısılan mən idim. İndi isə o əllər oğlumun üzərindədir. Zaman necə də səssizcə yerini dəyişir… Dünən övlad olduğun yerdə bu gün ata, dünən əlindən tutulan yerdə bu gün əlindən tutan olursan”.

Aparıcı oğluna arzularını da çatdırıb:

“Oğlum, Oğuzum! Dilərəm bu şəkildəki kimi gündəliyində babana göstərdiyin beşlərin həmişə çox olsun. Amma həyat sənə bəzən daha çətin qiymətlər verəndə də üzün gülsün. Qəlbin ancaq yaxşılıqlara döyünsün. Çünki insanın ən böyük uğuru qiymət cədvəlində deyil, vicdanında, mərhəmətində, əməllərində, insanlara münasibətində yazılır!

Həmişə yaxşı insan ol!”.

Azər paylaşımında xanımına təşəkkür edərək “Anası, Oğuz üçün çox sağ ol!” sözlərini əlavə edib. 

Qeyd edək ki, aparıcının bir qız övladı da var. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью