Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub

07.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən saxlanılan bir qrup şəxsin nədə ittiham edildiyi məlum olub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, saxlanılanların vəkilləri onların Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli bilindiklərini deyib.

Ramin Cəbrayılzadəyə ( Ramin Deko) həmin maddə üzrə artıq ittiham elan olunub.

Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri onların şübhəli şəxs qismində saxlanıldığını qeyd edib. Vəkillər saxlanılanlardan bəzilərinin evində axtarış aparıldığını bildiriblər.

Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi Ramin Cəbrayılzadənin ( Ramin Deko) ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib. Nazirlik məlumatın təsdiqini tapdığını da açıqlayıb.

Xatırladaq ki, saxlanılandan bir qismi Meydan TV ilə əməkdaşlıq edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью