Icma.az, Kulis.az saytına istinadən bildirir.
Bu gün yəhudi əsilli ABŞ yazıçısı, Nobel Sülh Mükafatı laureatı Elie Vizelin anım günüdür.
Kulis.az onun sitatlarını təqdim edir.
Gözəl günlər geridə qalmışdı.
***
Artıq bitdi, Tanrı bizimlə deyil.
***
Tək bir bədən kimi yerə yıxıldıq.
***
Həyatın əksi ölüm deyil, laqeydlikdir.
***
Dünən susanlar, sabah da susacaqlar.
***
Sükut işgəncə verəni cəsarətləndirir, zülm isə artır.
***
Şər öz işinə başlayanda ona daha bir şans daha vermə.
***
Tərəfsizlik – məzluma təzyiq göstərənin tərəfini tutmaq deməkdir.
***
Deyəcək çox sözüm var idi, lakin onları ifadə edəcək kəlmələrim yox idi.
***
Bizə dərindən təsir edən şeylər hər zaman birbaşa daxilində olduğumuz şəraitlər olmaya bilər.
***
İnsanların acı çəkdiyi və alçaldıldığı anlarda mən əsla səssiz qalmayacağam. Biz hər zaman tərəf tutmalıyıq.
***
Əgər şahid bütün gücünü toplayaraq şahidlik etməyi seçibsə, bu, bugünün gəncləri və sabah doğulacaq uşaqlar üçündür.
***
Ədalətsizliyin qarşısını almağa gücünüzün çatmadığı zamanlar ola bilər, lakin etiraz etməyi bacarmadığınız bir zaman əsla olmamalıdır.
***
Həyata güvənin, min dəfə güvənin. Ümidsizliyinizi qovun. Beləliklə, ölümü də özünüzdən uzaqlaşdırmış olacaqsınız. Cəhənnəm sonsuza qədər sürməz.
***
Atam ağlayırdı. Onu ilk dəfə idi ağlayan görürdüm. Onun ağlaya biləcəyi heç ağlıma da gəlməzdi. Anam isə üzündə heç bir ifadə olmadan, tək bir kəlmə belə kəsmədən, düşüncəli şəkildə addımlayırdı.
İyulun ilk həftəsi “Astarada kino günləri” təşkil olunacaq İsa Həbibbəyli: "Laçında və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparmağı təşkil etməliyik" "Tailandın Maykl Ceksonu" həbs edildi