Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
“Dünənki yeməklər zərərli olmadığından hər gün təzə yemək hazırlamaq lazım deyil”.
Globalinfo.az xəbər verir ki, bunu rus dietoloq Aleksandr Burlakov deyib.
Onun sözlərinə görə, yemək soyuducuda +4°C-dən aşağı temperaturda saxlanılması halında 3-4 gün ərzində yeyilə bilər.
“Klinik və epidemioloji məlumatlar dünənki yeməyin zərərli olduğunu göstərmir. Tövsiyələr temperatur və gigiyena ilə bağlıdır, hər gün yemək hazırlamaq məcburiyyətindən deyilsiniz,” – həkim bildirib.
O əlavə edib ki, dünənki yemək bədəndə iltihab, hemoroid və digər xəstəliklər yaratmır.
Safura Bənnayeva
Globalinfo.az