Dünənki zərbələrdən sonra aeroport işini dayandırdı Video

07.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanı İsrail ordusunun zərbələrindən sonra fəaliyyətini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hava limanının direktoru Xaled aş-Şayef “X” hesabında paylaşıb. 

Onun sözlərinə görə, aeroport növbəti göstərişə qədər bütün reyslərin qəbulunu və yola salınmasını dayandırıb. 

Xatırladaq ki, İsrail ordusu mayın 6-da Yəmənə genişmiqyaslı zərbələr endirib. Zərbələrin əsas hədəfi Səna aeroportu olub. Nəticədə hava limanının əsas sərnişin terminalı və bütün texniki məkanlar dağıdılıb, ərazidə olan bir neçə mülki təyyarə isə yanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью