Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Dünya alimlərini düşündürən yeni proses qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, Yer kürəsinin fırlanma sürətində artım müşahidə olunub. Bu səbəbdən bəzi günlərdə vaxt normadan daha qısa olub.
Mütəxəssislər bu vəziyyətin davam edəcəyi təqdirdə tarixdə ilk dəfə “bir saniyənin silinməsi” ehtimalının reallaşa biləcəyini deyirlər.
Məlumata görə, iyulun 9-da Yer bir günü 1,3 millisekund daha tez başa vurub. Növbəti gün isə bu fərq 1,36 millisekunda çatıb.
Elmi dairələrdə bu vəziyyət “negativ leap second” – yəni “mənfi artıq saniyə” adlanır.
Əvvəllər vaxt fərqi kompensasiya məqsədilə saniyə əlavə olunurdusa, indi əks proses müzakirə olunur.
Dominos pizza Alimlər bildirirlər ki, Yer kürəsinin fırlanmasının sürətlənməsinə müxtəlif amillər təsir edir.
Onların arasında ayın mövqeyi, atmosfer təzyiqləri, daxili təbii proseslər və iqlim dəyişiklikləri önə çəkilir.