Dünya Alpaqut Federasiyası ISCA üzvü oldu

24.01.2025

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Dünya Alpaqut Federasiyası beynəlxalq İdman və Mədəniyyət Assosiasiyası (ISCA) ilə əməkdaşlığa başlayıb və rəsmi üzv kimi qəbul edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Federasiyanın prezidenti Jalə Əhmədova məlumat verib. Bildirib ki, bu tərəfdaşlıq Alpaqut döyüş sənətinin qlobal səviyyədə tanınması və inkişafı üçün böyük bir addımdır.
"ISCA üzvlüyünün faydaları milli və beynəlxalq səviyyədə daha güclü səs, irimiqyaslı layihələrdə iştirak imkanı, təlimlər, vebinarlar və beynəlxalq tədbirlərdə iştirak, idman icmaları arasında bilik və təcrübə mübadiləsindən ibarətdir".
Jalə Əhmədova qeyd edib ki, bu əməkdaşlıq Alpaqut döyüş sənətinin yeni mərhələsini müjdələyir:
"Dünya Alpaqut Federasiyasını bu uğur münasibətilə təbrik edirəm və gələcək nailiyyətlərdə uğurlar arzulayıram".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью