Dünya arenasında yenidən öz sözünü dedi KONKRET

21.11.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Əbu-Dabidə təşkil edilmiş Ciu-Citsu üzrə Dünya Çempionatına yekun vurulub.

KONKRET.az xəbər verir ki, Azərbaycan millisini yarışlarda təmsil edən yeniyetmə idmançılarımız – Bağır Əliyev və Timur Simvol Vətənə qızıl medalla dönüblər.

62 kq-a qədər yeniyetmələrin mübarizəsində hər iki idmançımız bütün rəqiblərinə qalib gələrək birincilik qazanıblar.

Bağır Əliyev iki qazax, bir ukraynalı və bir ərəbəsilli idmançını məğlub edib. Timur Simvol da iki ukraynalı, bir qazax və bir amerikalı rəqibini üstələyərək fəxri kürsünün birinci pilləsinə qalxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью