Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyada ilk dəfə olaraq üç "Kızılelma" pilotsuz döyüş təyyarəsi təhlükəsizlik qüvvələrinin inventarına daxil edilib və bu, Türkiyəni dünya aviasiya tarixində pilotsuz döyüş təyyarəsi əldə edən ilk ölkə edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik bildirib.
Onun sözlərinə görə, bu inkişaf müdafiə arxitekturasında yeni dövrün başlanğıcını qeyd edir və Türkiyənin müdafiəsi üçün əhəmiyyətli nailiyyətdir.
Çelik bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri Türkiyəni hər sahədə, xüsusən müdafiə sənayesində ilklərə imza atdığı nöqtəyə gətirib çıxarıb. O, "Kızılelma"nın uğuruna verdiyi töhfələrə görə Səlcuq Bayraktar və Haluk Bayraktara, Baykar ailəsinə və müvafiq qurumlara təşəkkür edib.