Dünya avtomobil bazarında ENİŞ: Satışlar səkkiz aydır azalır

29.09.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada minik və yüngül kommersiya avtomobillərinin satışı ardıcıl səkkizinci aydır, yəni 2026-cı ilin əvvəlindən etibarən azalmaqda davam edir.

Avtosfer.az xəbər verir ki, "Avtostat" bu barədə "GlobalData" analitik agentliyinin göstəricilərinə istinadən məlumat yayıb.

Avqust ayı ərzində dünyada 6 857 920 avtomobil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5.9% azdır. Ümumilikdə isə ilin ilk səkkiz ayı ərzində dünya bazarının həcmi 4.1% azalaraq 56 847 175 ədədə düşüb.

Ötən ay dünyada avtomobil satışı üzrə liderliyi 1 675 599 ədəd göstərici ilə Çin qoruyub saxlayıb. Bu, 2025-ci ilin avqust ayı ilə müqayisədə 24.5% azdır. ABŞ-də bu dövr ərzində 1 400 702 avtomobil satılıb ki, bu da bir il əvvəlki göstəricidən 4.7% azdır.

Qərbi Avropa ölkələrinin avtomobil bazarları avqustda müsbət dinamika nümayiş etdirərək ümumilikdə 5.3% artıb və 820 329 ədədə çatıb. Şərqi Avropada isə yayın sonunda avtomobil satışı 5.1% azalaraq 362 142 ədəd təşkil edib.

Hindistanda yerli dilerlər ay ərzində 511 372 avtomobil satıblar ki, bu da 2025-ci ilin avqust ayı ilə müqayisədə 34.6% çoxdur. Cənubi Amerikada isə bu göstərici 304 806 ədəd olub (+14.4%).

Dünya liderləri arasında, həmçinin Yaponiya (315 885 ədəd; +5.9%), Kanada (168 454 ədəd; +0.1%) və Cənubi Koreyanı (109 681 ədəd; -19.7%) fərqləndirmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью