Dünya avtomobil bazarlarında elektromobil satışı artıb

18.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

Ötən ay dünya üzrə 1,8 milyon ədəd elektrikli avtomobil satılıb. Bu satış həcmi illik müqayisədə 3%, aylıq isə 7% artım deməkdir.

AZƏRTAC xəbər verir ki, Londonda yerləşən məlumat analitik şirkəti “Benchmark Mineral Intelligence” bu barədə məlumat açıqlayıb.

Bildirilib ki, bu ilin yanvar-may aylarında elektrikli avtomobil satışı 7,5 milyona çatıb. Bu dövrdə satışlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artıb.

Elektrikli avtomobillərə Avropada daha çox rəğbət var. Ötən ay qitədə satışlar illik müqayisədə 23% artaraq 420 min ədəd olub. Bu illik müqayisədə 23% artım deməkdir. Avropada elektrikli avtomobil satışı yanvar-may aylarında da 26% artaraq 2 milyona çatıb.

Maraqlıdır ki, dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çində may ayında bu avtomobillərin satışı illik müqayisədə 9 faiz azalaraq 990 minə düşüb. Yanvar-may aylarında da satışlar 15 faiz azalaraq 3,2 milyon ədəd təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью