Icma.az, Report.az saytına istinadən bildirir. Dünya Bankı Azərbaycanın ÜDM-nin 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağını proqno
Dünya Bankının proqnozları oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb.
Hesabata görə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4 % artıb ki, bu da 2023-cü ilin 1,1 %-lik göstəricisindən xeyli yüksəkdir.
Bankın proqnozlarına görə, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2025-ci ildə 3,9 % (oktyabr proqnozundan 0,2 faiz bəndi çox), 2026-cı ildə isə 3,4 % səviyyəsində olacaq.
Dünya Bankı qeyd edir ki, qlobal iqtisadiyyat üçün risklər azalma istiqamətində qalır.
Bank əsas təhdidlər arasında geosiyasi gərginliyi, xüsusilə də Ukraynada münaqişə ilə bağlı qeyri-müəyyənliyin Avropa və Mərkəzi Asiya (ECA) regionunun iqtisadi perspektivlərinə təzyiq göstərməyə davam etdiyini qeyd edib.
Dünya Bankı, növbəti risk kimi ECA ölkələrində ticarət məhdudiyyətlərinin artmasını qeyd edir.
2024-cü ilin əvvəlindən burada 585-dən çox məhdudlaşdırıcı tədbir tətbiq edilib ki, bu da proteksionizmi gücləndirir və ticarət fəaliyyətini azaldır.