Dünya Bankı ilə Azərbaycan yeni kredit sazişi imzalanacaq KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaxın günlərdə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi ilə bağlı layihənin (AESP) əlavə maliyyələşdirilməsi üzrə saziş imzalanacaq.
KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin iyul ayında özünüməşğulluq proqramının genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirmə təsdiq edilib.
Əlavə maliyyələşdirmə Azərbaycanın özünüməşğulluq proqramını dəstəkləməyə davam edəcək və iqtisadi fəaliyyətin şaxələndirilməsi və şoklara davamlılığın təmin edilməsi üçün istehsal və xidmətlər kimi yeni sektorlara genişləndirilməsini təmin edəcək.
Bundan əlavə, bu maliyyələşdirmə benefisiarlara təkmilləşdirilmiş pul qrantları sxemini sınaqdan keçirmək imkanı verəcək.
Bununla onlar öz bizneslərini genişləndirmək üçün vəsaitlərdən istifadə edə biləcəklər.
AESP üçün əlavə maliyyələşdirmə, həmçinin Azərbaycan Dövlət Məşğulluq Agentliyinin işaxtaranlar üçün xidmət və proqramlar spektrini genişləndirmək imkanlarını təkmilləşdirəcək.
Tam oxu
Xəbəri oxu