Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar ayında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 66,8 ABŞ dolları səviyyəsində olub, bu da öncəki ayın göstəricisi (62,7 dollar) ilə müqayisədə 6,5% çoxdur.
Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ötən ilin birinci rübündə dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 75,6 dollar, ikinci rübündə - 67,8 dollar, üçüncü rübündə - 69 dollar, dördüncü rübündə isə 63,7 dollar təşkil edib.
Bank xatırladıb ki, 2025-ci ildə “Brent” neftinin orta qiyməti 69 dollar səviyyəsində olub, bu da 2024-cü ilin göstəricisi (80,7 dollar) ilə müqayisədə 14,5% azdır.
Məlumata görə, cari ilin yanvar ayında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 60,3 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (57,9 dollar) ilə müqayisədə 4,1% çoxdur.
Qeyd olunub ki, bu ilin birinci rübündə dünya bazarlarında WTI neftinin bir barelinin orta qiyməti 71,4 dollar, ikinci rübündə - 63,9 dollar, üçüncü rübündə - 65 dollar, dördüncü rübündə isə 59,2 dollar təşkil edib.
Bildirilib ki, ötən il WTI markalı neftin orta qiyməti 64,9 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (75,8 dollar) ilə müqayisədə 14,4% azdır.