Dünya Bankı neftlə bağlı hesabat yayıb

08.03.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ilin sonunda enerji məhsulları üzrə qiymət indeksləri illik əsasda 3.1 faiz azalıb.

“Cebheinfo.az” xəbər verir ki, bu haqda məlumat Dünya Bankının hesabatında qeyd olunub.

Bildirilib ki, dekabrda “Brent” markalı neftin spot qiyməti orta hesabla 74 dollar/barel təşkil etmişdir ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 4 dollar/barel azdır. 

Ümumilikdə, ABŞ-nin Enerji İnformasiya Administrasiyasının hesabatına əsasən 2024-cü il ərzində Brent markalı xam neftin qiyməti orta hesabla 80.5 dollar/barel olub.

Vilayət Muxtar
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью