Dünya Bankı Nobel mükafatı laureatını baş iqtisadçı təyin etdi

16.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Dünya Bankı Nobel mükafatı laureatı və Çikaqo Universitetinin professoru Maykl Kremeri ötən ay təqaüdə çıxan İndermit Gillin yerinə gələn növbəti baş iqtisadçı təyin edib.

Bakvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, 61 yaşlı Kremer qlobal yoxsulluğun azaldılmasına eksperimental yanaşmalarına görə Ester Duflo və Abhijit Banerjee ilə birlikdə 2019-cu ildə İqtisadiyyat Elmləri üzrə Nobel mükafatına layiq görülüb. O, əvvəllər Harvard Universitetində iqtisadiyyatdan dərs deyib.

Kremer real dünya problemlərinə innovativ həllər hazırlamaq üçün ciddi tədqiqatlardan istifadə etməsi ilə tanınır, tez-tez kiçik fermerlərə kömək edən və milyonlarla insana peyvəndlərə və məktəb səhiyyə proqramlarına çıxış imkanı verən proqramlar qurur.

Dünya Bankının prezidenti Ajay Banqa açıqlamasında bildirib ki, Kremer ABŞ-nin İrana qarşı müharibəsindən sonra inkişaf etməkdə olan ölkələrin artan faiz dərəcələri və daha yüksək enerji qiymətləri ilə mübarizə apardığı bir vaxtda banka qoşulur. 

Qeyd edək ki, Kremer hazırda Çikaqo Universitetində İnkişaf İnnovasiya Laboratoriyasının direktoru vəzifəsində çalışır. Onun tədqiqatları inkişaf etməkdə olan ölkələrdə təhsil, səhiyyə, su, maliyyə və kənd təsərrüfatı sahələrində innovasiyalara yönəlib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью