Dünya Bankı Orta dəhlizin inkişafı üçün Türkiyəyə 660 milyon dollar ayırır | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Dünya Bankının Direktorlar Şürası Türkiyənin elektrik dəmir yolu nəqliyyatını inkişaf e
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” bankın məlumatına istinadən xəbər verir.
Kreditin ayrılması ilə bağlı qərar dekabrın 5-də qəbul edilib.
Vəsait Türkiyənin şərqində, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi olan Divriği-Qars hissəsində dəmir yolu bağlantısının yaxşılaşdırılmasına yönəldiləcək.
Layihə dizel qatarlarının elektrik qatarları ilə dəyişdirilməsini və Sivasın Divriği ilçəsi ilə Gürcüstanla sərhəddə yerləşən Qars arasındakı 660 kilometrlik dəmir yolunun tam elektrikləşdirilməsini və modernləşdirilməsini nəzərdə tutur.
Layihə dörd əyaləti - Sivas, Ərzincan, Ərzurum və Qarsı birləşdirəcək və marşrut boyunca təxminən 600 min sakinə fayda verəcək.
O, həmçinin yerli biznes və kənd təsərrüfatı müəssisələrinə əhəmiyyətli dəstək vermək məqsədi daşıyır.
“Layihə başa çatdıqdan sonra dəmir yolu ilə yükdaşıma qabiliyyəti ildə təqribən 750 min tondan 20 milyon tona yüksələcək ki, bu da TBNM-dəki əsas dar boğazı aradan qaldıracaq”, - məlumatda deyilir.
Tam oxu
Xəbəri oxu