Dünya Bankının prezidenti Azərbaycana səfərə gəlib

11.11.2024

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Dünya Bankının Prezidenti Ajay Banga BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin idarə rəisi Elçin Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью