Dünya Bankının Ukraynaya daha 750 milyon yardım edəcəyi elan olunub

08.11.2024

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya Bankı Ukraynaya 750 milyon dollarlıq növbəti dəstək paketini elan edib.



Bakupost.az - ın “UNİAN“a istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.

O əlavə edib ki, sözüge “SURGE” proqramı çərçivəsində maliyyələşdiriləcək paket ölkədə instusional islahatlara dəstək xarakteri daşıyır.

"Bu proqramın reallaşması müharibə şəraitində dövlət orqanlarının fəaliyyətinin möhkəmləndirilməsinə, eləcə də vətəndaşların dövlət xidmətləri ilə tam həcmdə təminatına imkan verəcək. Layihə çərçivəsində həyata keçirilən islahatlar ictimai investisiyaların və dövlət vəsaitlərinin idarəolunmasının effektivliyi artırılmasını hədəfləyir. Ehtiyac olduqda ayrılan vəsaitin məbləği artırıla bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью