Dünya bazarında neft bahalaşdı | Icma.az
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,21 dollar (0,32%) bahalaşaraq 65,09 dollar/barelə çatıb.
Bazar ertəsi bu müqavilələr bir barel üçün 0,12 dollar (0,2%) artaraq 64,88 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində may ayı üçün WTI neftinin fyuçersləri 0,24 dollar (0,39%) artaraq 61,77 dollar/barelə satılır.
Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin qiyməti 0,03 dollar artaraq bir barel üçün 61,53 dollar təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu