Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünya bazarında neft ucuzlaşıb.
Banco.az xəbər ki, Londonun ICE Futures birjasında aprel ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,39 dollar (0,59%) az, barel üçün 65,91 dollar təşkil edib. Bazar ertəsi günü bu müqavilələr 3,02 dollar (4,36%) azalaraq barel üçün 66,30 dollara düşüb.
Nyu-York Ticarət Birjasında (NYMEX) mart ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti elektron ticarətdə 0,31 dollar (0,50%) azalaraq bir barel üçün 61,83 dollara düşüb. Əvvəlki sessiyada onların qiyməti 3,07 dollar (4,71%) azalaraq bir barel üçün 62,14 dollara düşüb.
Çərşənbə axşamı günü geosiyasi gərginliyin azalması aşağı istiqamətli tendensiyanı dəstəkləyir.