Dünya bazarında neft ucuzlaşmağa başladı

28.07.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya bazarında neft qiymətlərində eniş qeydə alınıb.

"ICE London" qitələrarası birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin sentyabr ayı üzrə fyuçers müqaviləsinin qiyməti 1,18 faiz azalaraq bir barel üçün 87,32 ABŞ dollarına düşüb.

Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin dəyəri də 1,09 faiz geriləyib. Hazırda bu marka üzrə bir barel neft 81,71 ABŞ dollarına təklif olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью