Dünya bazarında yeni mərhələ: Qiymətlər yüksələcək

04.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ Prezidenti Donald Trampın tarif qərarı 2025-ci ildə qlobal ticarətin həcmini 330 milyard dollar azaldacaq”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, yeni tariflər qlobal ticarətdə 1 faiz azalmaya səbəb olacaq:

“2024-cü ildə qlobal ticarətin həcminin 33 tirlyon dollar olduğunu nəzərə alsaq, dünya iqtisadiyyatına bu qərarın təsirlərini müəyyənləşdirmək çətin olmaz. Bununla yanaşı, Vaşinqtonun son qərarı yalnız Birləşmiş Ştatlarda deyil, bütövlükdə dünya bazarında qiymətləri yüksəldəcək. Göründüyü kimi, dünya iqtisadiyyatı yeni mərhələyə, heç də asan olmayan bir dönəmə qədəm qoyur”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью