Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 1,93% azalaraq 1 barelə görə 114,47 ABŞ dolları təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 2,17% azalaraq 101,03 ABŞ dollarına bərabər olub.