Dünya bazarlarında neftin qiyməti azalıb

12.02.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,38% azalaraq 1 barelə görə 76,71 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,44% azalaraq 1 barelə görə 73 ABŞ dollarına bərabər olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью