Dünya bazarlarında neftin qiyməti bahalaşıb

25.03.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb.

Bakıvaxtı.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,14% və ya 0,10 dollar artaraq 1 barelə görə 73,10 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,10% və ya 0,07 dollar artaraq 1 barelə görə 69.18 ABŞ dollarına yüksəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью