Dünya bazarlarında qızıl və gümüş ucuzlaşıb

19.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 1.18% azalaraq 2 622,10 ABŞ dollarına bərabər olub.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 2.73% azalaraq 29,90 ABŞ dollarına bərabər olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью