Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür”.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimində çıxış edən zaman deyib.
Ərdoğan bildirib ki, bir həqiqəti diqqətinizə çatdırmaq istərdik:
Biz bu coğrafiyanın təkcə sakinləri deyil, həm də sahibləriyik. Biz min ildir ki, burada, bu torpaqlardayıq. İnşallah, biz hələ çox əsrlər boyu burada olacağıq.
Daşqın Həsənov
Missiya.Az