Dünya bölünür: Qafqaz və Türkiyə kimə “pay” verilir? | Icma.az
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nüfuzlu “Nyusvik” (Newsweek) dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyini əks etdirən xəritə dərc edib.
Dərgi bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyini yazıb.
Dərginin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək.
ABŞ “Monro doktrinası”na görə Şimali Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq.
Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır: Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Kremlin təsir dairəsində olacaq.
Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Tam oxu
Xəbəri oxu