Dünya bu görüntülərdən danışır: Keçmiş baş nazir yaxtada...

31.07.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı 41 yaşlı müğənni Keti Perri və Kanadanın keçmiş baş naziri Fransanın cənubunda birlikdə istirahət edirlər.

“Cebheinfo.az” xəbər verir ki, yaxta gəzintisi zamanı Trüdo Perrinin çiyin və sinə nahiyəsinə günəşdən qoruyucu krem çəkib.

Sosial şəbəkə istifadəçiləri görüntülərə müxtəlif reaksiyalar veriblər.Fanatları rəylərdə, "Sevən insan sevdiyinə günəş kremi sürməsindən bəlli olar”, - deyə reaksiya veriblər.

Qeyd edək ki, Perri bu yaxınlarda Ağ Evin İrana qarşı hücumlarla bağlı sosial media paylaşımında onun “Firework” mahnısından icazəsiz istifadə olunmasına etiraz etmişdi. 

Müğənni mahnısının müharibə görüntüləri ilə əlaqələndirilməsini qəbul etmədiyini bildirmişdi.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью