Dünya bu matçdan danışır 120 min azarkeş

07.04.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran çempionatının 25-ci turunda keçirilən “Traktor” - “İstiqlal” matçında qeydə alınan azarkeş sayı dünya mətbuatının gündəmini zəbt edib.

Redaktor.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisinin ev matçını 120 min azarkeş izləyib.

Qeyd edək ki, “Səhənd” stadionunda keçirilən qarşılaşma Təbriz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Əlavə edək ki, rəqiblərindən bir oyun az keçirən “Traktor” 54 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyiciləri “Sepahan” 50 xalla ikinci, “Persepolis” isə 48 xalla üçüncüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью