Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-də Minnesota ştatında ICE (Gömrük Mühafizəsi) əməliyyatı zamanı 5 yaşlı Liam Ramos, atası Adrian Conejo Arias ilə birlikdə saxlanılıb. Hadisə böyük narazılıq yaradıb və ölkədə miqrasiya siyasətini yenidən gündəmə gətirib.
Sherg.az xəbər verir ki, ailə, uşağın məqsədli hədəf olmadığını, bütün hüquqi prosedurların izlənildiyini vurğulayır. Məktəb və yerli rəsmilər uşağın saxlanılmasını sərt tənqid edib. Eyni zamanda, “Metro Surge Əməliyyatı” adlanan federal əməliyyatlara qarşı etirazlar davam edir.
ABŞ prezidentinin müavini JD Vance isə ICE-i müdafiə edərək, uşağın təhlükəsizliyinin əsas olduğunu bildirib.