Dünya çalxalanır: Putinin Hindistan səfəri hansı geosiyasi mesajları verdi? | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiya prezidentinin Hindistana iki günlük səfəri Avrasiyada formalaşan yeni geosiyasi nizam ilə bağlı mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.
Qərblə münasibətlərin ən kritik məqama çatdığı, Rusiya–Çin strateji yaxınlığının isə institusional səviyyədə gücləndiyi bir mərhələdə rəsmi Kremlin Dehliyə yönələn diplomatik fəallığı tamamilə məqsədyönlü xarakter daşıyır” Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Politoloq qeyd edib ki, bu səfər Moskvanın uzunmüddətli təhlükəsizlik və sabitlik hədəflərinə uyğun çoxvektorlu siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərir: “İlk növbədə onu qeyd etmək lazımdır ki, Hindistanın Rusiya üçün prioritet tərəfdaş statusu yalnız iqtisadi və müdafiə sahələri ilə məhdudlaşmır.
Qlobal güc balansının dəyişməsi, beynəlxalq münasibətlər sisteminin transformasiyası və belə bir məqamda Asiyanın artan strateji əhəmiyyəti Moskva–Dehli xəttinə xüsusi dəyər qazandırır.
Bununla yanaşı, ABŞ–Çin rəqabətinin yaratdığı yeni geosiyasi boşluqlar həm Rusiya, həm də Hindistan üçün əlavə manevr imkanları yaratmış olur.
İki ölkə arasında enerji əməkdaşlığının son illərdə sürətlə genişlənməsi bu kontekstdə ən vacib istiqamətlərdən biridir.
Hindistanın rus neftinin əsas alıcılarından birinə çevrilməsi tədarük sistemində yeni reallıq yaradıb.
Tam oxu
Xəbəri oxu