Dünya çempionatı: 1/4 finala yüksələn daha bir komanda bəlli oldu

27.05.2025

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksələn daha bir komanda bəlli olub.

"Report" xəbər verir ki, 1/8 final matçında Fransa üzərində 1:0 hesabı ilə qələbə qazanan Mavritaniya növbəti raunda yüksəlib.

Yığmanın yarımfinala gedən yoldakı rəqibi Macarıstan seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə İngiltərə və Azərbaycan da adını 1/4 finala yazdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью