Dünya çempionatı: 3 cüdoçumuz mübarizəyə başlayır

13.06.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, mundialın ilk günündə Azərbaycanın üç cüdoçusu tatamiyə çıxacaq.

Dünya çempionatı
Kişilər
60 kq

Əhməd Yusifov 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə güləşəcək.

Qadınlar
48 kq

Leyla Əliyeva (48 kq) mübarizəyə 1/32 finaldan başlayacaq. O, Kurbanay Kurbanova (Türkmənistan) ilə üz-üzə gələcək.

Könül Əliyeva eyni mərhələdə Mariya Labordeni (ABŞ) sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью