Dünya çempionatı: 4 güləşçimiz yarımfinalda

29.07.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın yunan-Roma güləşçilərindən daha beşi mübarizəyə qoşulub.

Onlardan dördü yarımfinala vəsiqə qazanıb.

U-17 dünya çempionatı
Yunan-Roma güləşi
4️5️ kq

Abdurrahman Hüseynli amerikalı Tales Silvaya 6:3, gürcüstanlı Saba Abaşidzeyə 9:6 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Abdurrahman bu mərhələdə qırğızıstanlı Nurkerim Kumarbekovla güləşəcək.

5️1️ kq
Hikmət Haqverdiyev rumıniyalı Andrey Peleana 7:0, norveçli Abu Bakar Saqaya 9:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda qırğızıstanlı İslam Kurbanovla münasibətinə aydınlıq gətirəcək.

6️0️ kq
Əli Nəzərov xorvatiyalı Roko Kuriçə 5:1, gürcüstanlı Lazare Qoqotişvili (10:1) və özbəkistanlı Humoyun Erkinova (9:0) isə tam üstünlüklə qalib gəlib. O, yarımfinalda iranlı Əbülfəzl Eşağiylə güləşəcək.

7️1️ kq
Yusif Əhmədli türkiyəli Emirhan Çakırı tam üstünlüklə (8:0), gürcüstanlı Giorgi Qoqelaşvilini 7:2 və tacikistanlı Alişer Ruzimadovnı 9:5 hesabıyla məğlub edib. Təmsilçimiz yarımfinalda özbəkistanlı Bəhruzbek Vəliyevlə üz-üzə gələcək.

9️2️ kq
Səid Paşayev 1/8 finalda iranlı Amirsam Mohammadiyə ?? 1:6 hesabıyla məğlub olub.

Yarımfinallar Bakı vaxtı ilə 18:00-da, medallar uğrunda qarşılaşmalar isə 19:00-da başlayacaq. Dünya çempionatını Azərbaycan Güləş Federasiyasının teleqram kanalından izləmək mümkündür.

Qeyd edək ki, bu gün təsəlliverici görüşdə Qurban Məcnunov (4️8️ kq) amerikalı Maykl Randla 3:7, Hüseyn İsgəndərov (65 kq) onun komanda yoldaşı Arseni Kikinyova "tuş"la məğlub olub. Onlardan fərqli, Nihat Bəhmənov (5️5️ kq) təsəlliverici görüşdə braziliyalı Lavozyer Marusoya 3:1 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, üçüncü yer uğrunda tacikistanlı Mehdi Barotovla güləşəcək. Təsəlliverici görüşdə ukraynalı Nestor Baranı 6:5 hesabıyla məğlub edən Nicat Yeylaqaliyev (8️0️ kq) isə bürünc medal uğrunda türkiyəli İsmayıl Bərəkətlə qarşılaşacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью