Dünya çempionatı: 5 cüdoçumuz mübarizəyə başlayır

28.08.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 3 çəki dərəcəsində 5 cüdoçusu mübarizəyə qoşulacaq.

Dünya çempionatı
Qızlar
48 kq

Leyla Ələkbərova 1/32 final Xongorzul Ariunzorigla (Monqolustan) güləşəcək.

Nərmin Ağamirzəzadə yarışa 1/16 finaldan qoşulacaq. O, Selin İddirlə (Kipr) üz-üzə gələcək.

52 kq
Aysun Məmmədova 1/32 finalda Culiya Bonzano (İtaliya) ilə qarşılaşacaq.

Oğlanlar
60 kq

Röyal Qayıbov 1/32 finalda Raffaele Sodano ilə gücünü yoxlayacaq.

Zeyd Ələsgərov 1/16 finalda Aleksandros Polixronidis (Yunanıstan) - Kristian Butuçi (Macarıstan) cütünün qalibini gözləyir.

Qeyd edək ki, mundialın ilk günündə cüdoçularımızdan Anar Quliyev (50 kq) bürünc medal qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью