Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

17.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Futbol üzrə dünya çempionatında J qrupunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Avstriya millisi İordaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avstriya komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 21-ci dəqiqədə Romano Şmid açıb. İordaniya yığması fasilədən sonra Ali İyad Olvanın qolu ilə tarazlığı bərpa etsə də, 76-cı dəqiqədə Yazan Əl-Ərəb avtoqola imza ataraq komandasını çətin vəziyyətə salıb. Matçın sonlarında isə Marko Arnautoviç penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью