Dünya çempionatı: Azərbaycan millisi mübarizəyə başlayır

01.06.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Polşanın Varşava şəhərində FIBA ​​3x3 qadın basketbolu üzrə dünya çempionatı başlayır.

Fanat.Az xəbər verir ki, Erika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət Azərbaycan millisi də ilk sınağına çıxır.

A qrupunda yer alan yığma yarışın ilk günündə iki oyun keçirəcək. Komandamız Madaqaskar və Niderland seşmələri ilə qarşılaşacaq.

Dünya çempionatı
A qrupu
1 iyun

19:05. Azərbaycan – Madaqaskar
22:20. Niderland – Azərbaycan

Azərbaycan qrupdakı növbəti oyunlarını iyunun 3-də Çexiya və Polşaya qarşı keçirəcək.

Yarışa iyunun 7-də yekun vurulacaq.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью