Dünya çempionatı: Azərbaycan millisindən növbəti qələbə

25.10.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti qələbəsini qazanıb.

Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Andorra ilə üz-üzə gəlib. Görüş millinin qələbəsi ilə yekunlaşıb - 1:0

Komandamızın növbəti rəqibi Avstraliya seçməsi olacaq. Bu gün saat 19:30-da başlayacaq bu matç da Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib.

Cavid QAÇAYEV (foto)

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью