Dünya çempionatı: Azərbaycan millisinin potensial rəqibi məlum oldu

27.05.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıdan keçirilən minifutbol üzrə dünya çempionatında ilk 1/4 finalçı məlum olub.

Teleqraf xəbər verir ki, bu, İngiltərə millisidir.

Britaniyalılar 1/8 finalda Bolqarıstan millisini mübarizədən kənarlaşdırıb.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında İngiltərə yığması daha dəqiq olub - 3:1

1/4 finalda rəqib bu gün saat 20:30-da başlanacaq Azərbaycan - Rumıniya matçının qalibi olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью