Dünya çempionatı: Azərbaycan yığması heç heçə ilə başladı

21.05.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında ilk oyununa çıxıb.

Ölkə.az xəbər verir ki, A qrupunda yer alan Elşad Quliyevin komandası Bəhreynlə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.

Azərbaycan seçməsi növbəti matçını mayın 23-də Slovakiya seçməsinə qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью