Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi bu gün mübarizəyə qoşulur

30.10.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün Azərbaycanın dörd sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Moderator.az xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.

Arseniy Djioyev 1/16 final mərhələsində Bəhreyn təmsilçisi Xıdır Saypudinovla üz-üzə gələcək. Nurəddin Novruzov 1/8 finalda O.Asan Uulu – A.Aytəkin cütünün, Kənan Heybətov isə V.Şuptar – K.Çoe qarşılaşmasının qalibi ilə görüşəcək. Giorgi Meşvildişvilinin rəqibi N.Batbayar – D.Xramankov cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью