Dünya çempionatı: Azərbaycanın üç güləşçisi bürünc medal görüşünə çıxacaq

24.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, həm qadın, həm də sərbəst güləş üzrə Azərbaycanın milli komandaları üzvləri xalçaya çıxıblar.

Elnurə Məmmədova (53 kiloqram) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabı ilə məğlub olub.

Günay Qurbanova (59 kiloqram) debütdə bolqarıstanlı Viktoriya Boynovanı məğlub edib – 8:1. Həmyerlimiz növbəti mərhələlərdə moldovalı Madalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda yaponiyalı Ruka Natamiylə qarşılaşan Günay son saniyələrdə qələbəni əldən verib – 1:3. Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.

Birgül Soltanova (62 kiloqram) təsnifat mərhələsində rusiyalı Yekaterina Koşkinaya “tuş”la uduzub.

Maqomed-Başir Xaniyev (74 kiloqram) ilk mərhələdə yunanıstanlı Georgios Yoakeymidisə tam üstünlüklə (10:0) qalib gəlib. Təmsilçimiz 1/8 finalda ermənistanlı Qriqor Çolakyandan güclü olub – 14:5. Xaniyev Bəhreyn təmsilçisi Maqomedrasul Asluyevə isə 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Xaniyev finalın bir addımlığında türkiyəli Muhammed Özmuşa məğlub olub – 3:7. Maqomed-Başir sabah bürünc medal uğrunda güləşəcək.

Sadiq Mustafazadə (92 kiloqram) ispaniyalı Muxammedsultan Kopbayevi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda iranlı Mohammadmobin Azimiylə bacarmayıb – 0:8. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью