Dünya çempionatı: B qrupunda mübarizəyə start verilir

12.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 iyun, AZƏRTAC

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün daha bir oyun keçiriləcək.

AZƏRTAC xəbər verir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığmasını sınağa çəkəcək. Torontodakı "Bimo Fild" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ - Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər - İsveçrə oyunları keçiriləcək.

Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью