Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

27.07.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatına start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk gündə xalça üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar.
 

Mübarizəyə təsnifat mərhələsindən Qurban Məcnunov (55 kiloqram), Orxan Həbibli (65 kiloqram), İsfahan Həsənov (80 kiloqram) və Emin Baxşəliyev (110 kiloqram) başlayacaq.


48 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Salmanov isə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью