Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 18 iyun, AZƏRTAC
Futbol üzrə dünya çempionatında ikinci tura start verilib.
AZƏRTAC xəbər verir ki, A qrupunda Çexiya Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Avropa təmsilçisindən Mixal Sadilek, afrikalılardan isə Teboho Mokoena fərqlənib.
Bununla da, hər iki yığma qrupda ilk xallarını qazanıb.
Müxbir - Cavid Əliyev