Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi qarışıq komanda yarışına qatılıb.
İdman.biz xəbər verir ki, yığmamız mübarizəyə qələbə ilə start verib.
Komandamız 1/8 finalda Gürcüstan millisinə 4:2 hesabla qalib gələrək 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı 2 bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat qazanıblar.
İdman.biz